"Hərb" medalı (Osmanlı imperiyası)

Hərb medalıOsmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinəOsmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir.[1]

"Hərb" medalı
Harp Madalyası

Ölkə
Tip medal
Kimə verilir
I Dünya müharibəsində qəhrəmanlıq göstərmiş Osmanlı, Avstriya və Almaniya hərbi xadimlərinə
Status təqdim olunur
Statistika
Təsis tarixi 1 mart 1915
Ardıcıllıq
Yüksək mükafat Ləyaqət medalı
Aşağı mükafat Tuğ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dizaynı

Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir.

Taxılması

Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.

Avstriyalıalman hərbçilər üçün bu medal öz II dərəcəli "Dəmir Xaç" medallarından aşağı dərəcəli hesab edilirdi. Buna görə də "Hərb" medalı II dərəcəli "Dəmir Xaç" medalının altına taxılırdı.[2]

Qalereya

  1. Klietmann, Dr. Kurt-Gerhard. eutsche Auszeichnungen: Ein Geschichte der Ehrenzeichen und Medaillen, Erinnerungs- und Verdienstabzeichen des Deutschen Reiches, der deutschen Staaten sowie staatlicher Dienststellen, Organisationen, Verbande usw. Vom 18. - 20. Jahrhundert. 2 Band. Deutsches Reich 1871- 1945. Berlin. 1971.
  2. The Turkish War Medal Eiserner Halbmond Harp Madalyası
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.