"Kursk" atom sualtı qayığı qəzası
“Kursk” atom sualtı qayığı qəzası — 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batmışdır.[1] Hadisədə 118 nəfər heyət üzvü həlak olmuşdur. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi.[2] Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdi gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil.[3]
Dəniz manevri
2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimə cəlb edildi.[4] Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi. Murmanskın çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı. ABŞ-a məxsus “Memfis” və “Toledo” sualtı qayıqları müşahidə edirdi.[5]
Partlayışlar
Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub. Burada isə mis materialları ilə zəncirvari reaksiya yaranıb və partlayış meydana gəlib. Seysmoqraflarda birinci partlayış 1.5-2.2 bal gücündə qeydə alınıb.[6] Partlayış sualtı qayığın gövdəsini zədələyib.[7] Bu da təxminən 1 000 dərinlikdə sualtında təzyiqin yaranması deməkdir. Qayığın ikinci və dördüncü bölmələri saniyədə 90 000 litr su ilə dolmağa başlayıb. Bu ərazidə olan bütün heyət üzvləri həlak olub.[8] Amma nüvə reaktorlarının yerləşdiyi bölmə bu partlayışdan zədələnməyib. Seysmoqraflarda ikinci partlayışın gücü 3.5-4.4 bal gücündə qeydə alınıb.
İki partlayışdan sonra gəmi heyətindən 23 nəfər sağ alıb.[6] Onlar qayığın doqquzuncu bölməsinə sığınıblar. Bu bölmədə qayığın ikinci yanğın çıxışı yerləşirdi.[9] Burada suyun 100 metr dərinliyində onlar bir-bir qayığı tərk edə bilərdilər.[10] Amma onlar qayığı tərk etmək əvəzinə xilasedici gəminin gəlməsini gözlədilər. Az sonra qayığın ehtiyat enerji təminatı və reaktorları söndü. Qayığın içərisində havanın hərarəti düşməyə başladı. Xilasedicilər qəzalı qayığın sağ qalmış heyət üzvləri ilə əlaqə qura bilmədilər.[11]
Qəzadan sonra
“Kursk” atom sualtı qayığının müəmmalı qəzası Rusiyada özünəməxsus şəkildə şok effekti əmələ gətirmişdi. 2000-ci il avqust ayının 14-də Vladimir Putin tərəfindən hadisəni təhqiq etmək üçün yaradılan dövlət komissiyası sualtı qayığın batdığı ərazini təhqiq etdi.[5] 2001-ci ildə “Kursk” atom sualtı qayığının qalıqları su üzərinə qaldırıldı. Bundan sonra mütəxəssislər sualtı qayığı əsaslı şəkildə nəzərdən keçirdilər. Məlum oldu ki, sualtı qayıqda qəza baş verən gün komanda heyətinin danışıqlarını yazan maqnitofon söndürülüb.[5] Sualtı qayıqda həmçinin qəza zamanı avtomatik şəkildə işə düşəcək siqnalizasiya sistemi də hansı səbəbdənsə söndürülübmüş. Sualtı qayığın növbə jurnalında isə baş verən hadisə ilə bağlı hər hansı qeyd yox idi.[5]
Qəza nəticəsində ölənlərin hüquqlarını müdafiə edən vəkil B. A. Kuznetsov baş verən hadisəni təhqiq edən komissiyanın fəaliyyətini sərt şəkildə tənqid edərək, məsələ ilə bağlı baş prokuror Ustinovun əsl həqiqətləri gizlətdiyini bəyan etmişdi.[5] Kuznetsov təhqiqat materialları ilə tanış olduqdan sonra bu qərara gəlmişdi ki, əgər qəzaya uğrayan sualtı qayıqdakılara vaxtında kömək göstərilsəydi və ya bununla bağlı xarici ölkələrə yardım üçün müraciət edilsəydi, onda ən azı 23-25 nəfəri xilas etmək olardı.[5] Komissiyanın gəldiyi son nəticə də çoxları üçün gözlənilməz oldu. Belə ki, təhqiqat komissiyası “Kursk” atom sualtı qayığının göyərtəsində torpedonun partladığı və nəticədə onun su altına getdiyi qənaətinə gəlmişdi.[5]
I dərəcəli kapitan Aleksandr Leskov hesabına görə, “Kursk” atom sualtı qayığına gəmi əleyhinə olan ballistik raketlə atəş açılıb.[5] Almaniyanın “Berliner Zeitung” qəzeti isə 2000-ci il sentyabr ayının 8-də çıxan sayında yazmışdı ki, “Kursk” atom sualtı qayığı hərbi dəniz təlimlərində iştirak edən “Böyük Pyotr” gəmisindən buraxılan raketlə təsadüfən vurulub.[5][12]
Putinin reaksiyası
CNN kanalında amerikalı telejurnalist Larri Kinq Putindən “Kursk” atom sualtı qayığı ilə bağlı nə baş verdiyini soruşmuşdu.[13] Putin isə halını pozmadan heç nə olmamış kimi gülümsəyərək: “Qayıq batdı”, — deyə ona cavab vermişdi.[14]
Populyar mədəniyyətdə
- Rusiyanım DDT qrupu "Kapitan Kolesnikov" adlı mahnınını “Kursk” atom sualtı qayığı qəzasına həsr etmişdir.[15]
İstinadlar
- "1991 – 2011: SSRİ süqutunun 20 ili tamam olur". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-19.
- Brannon, Robert. Russian civil-military Relations. Farnham, England: Ashgate Publishers. April 13, 2009. səh. 140. ISBN 978-0754675914. April 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2015.
- "What really happened to Russia's 'unsinkable' sub". The Guardian. 4 August 2001. 24 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2014.
- Potts, J.R. "K-141 Kursk Attack Submarine (1994)". MilitaryFactory.com. 9 May 2013. 20 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2014.
- “Kursk” atom sualtı qayığının müəmmalı qəzası
- "Russian Submarine Kursk Catastrophe". 8 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2014.
- Amundsen, Ingar; Lind, Bjørn; Reistad, Ole; Gussgaard, Knut; Iosjpe, Mikhail; Sickel, Morten. "The Kursk Accident" (PDF). Norway: Norwegian Radiation Protection Authority. 2001. 2016-03-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-08-18.
- Faulconbridge, Guy. "Nightmare at Sea". Moscow Times. 3 December 2004. 28 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2014.
- Peter Davidson, Huw Jones, John H. Large. "The Recovery of the Russian Federation Nuclear Powered Submarine Kursk" (PDF). World Maritime Technology Conference, San Francisco. Society of Naval Architects and Marine Engineers. October 2003. 6 February 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 3 July 2009.
- Ryazantsev, Valery. "The death of the "Kursk"" (Russian). 13 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2014.
- "Kursk closure leaves questions unanswered". BBC News. 31 July 2002. 3 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2014.
- Der Stolz der ganzen Nation, tief gesunken
- "Kursk Anniversary: Submarine Disaster Was Putin's 'First Lie'". 2016-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-18.
- "Putin and the King". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-18.
- "Капитан Колесников – ДДТ". 2015-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-18.
Xarici keçidlər
- Həlak olmuş heyət üzvülərinin siyahısı Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine