"Fransız" (film, 1995)
"Fransız" — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.
"Fransız" | |
---|---|
Janr | Faciəvi komediya |
Rejissor | Vaqif Mustafayev |
Əsərin müəllifi | Əmir Pəhləvan |
Ssenari müəllifləri | Əmir Pəhləvan, Vaqif Mustafayev |
Baş rollarda |
Zərnigar Ağakişiyeva-Zərnigar Fərman Şəkili (Fərman Abdullayev kimi)-Əlibala Yaşar Nuri(Yaşar Nuriyev kimi)-Atabala Səidə Quliyeva-Əlibalanın nişanlısı Nuriyyə Əhmədova-Atabalanın arvadı |
Operator | Rafiq Quliyev |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssamlar | Hüseyn Haqverdiyev, Elxan Muradov |
İstehsalçılar |
"VM və Oqtay" Kinostudiyası "İlham" qəzeti |
İlk baxış tarixi | 1995 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 51 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycan dili (fransızca cümlələrlə) |
İl | 1995 |
Texniki məlumatlar |
genişekranlı videofilm |
Rəng | rəngli(ağ-qara kadrlarla) |
Çəkiliş yeri |
Bakı Bakı, Yaşıl teatr |
Məzmun
- Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır.
- Əlibala (Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər yola müraciət edirlər, bir xeyri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı.
Film haqqında
- Film Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında çəkilmişdir.
- Filmdə Vaqif Mərdəkani öz dəstəsi ilə və Aleksandrovun xoru çəkilmişdir.
- Filmin son titrləri fransızcadır.
- Film Azərbaycan kinosunun 79-cu ildönümünə həsr edilmişdir.
- Filmdə "Nənəqızlar" folklor ansamblının repertuarından istifadə edilmişdir.
- 7 aprel 2016-cı ildə Fransada "Xaos və harmoniya" şüarı altında keçirilən "Avropa ətrafında Avropa" Film Festivalı (fr. L'Europe autour de l'Europe — 2016) çərçivəsində Parisin İncəsənət Mərkəzində filmin nümayişi keçirilmişdir.[1][2]
Filmin heyəti (titrlərdəki sıraya görə)
Film üzərində işləyənlər
- Ssenari müəllifi : Əmir Pəhləvan, Vaqif Mustafayev
- Quruluşçu rejissor : Vaqif Mustafayev
- Quruluşçu operator : Rafiq Quliyev
- Quruluşçu rəssam : Hüseyn Haqverdiyev, Elxan Muradov
- Bəstəkar : Xəyyam Mirzəzadə
- Səs rejissoru : Teymur Abdullayev
- Musiqi redaktoru : Riyad Quliyev
- Məsləhətçi : Novruz Məmmədov
- İcraçı prodüser : Rauf Quluzadə
- Dirijor : Ed Spanjard (Niderland)
- Qrim ustası : Çingiz Paşayev
- İnzibatçı : Sahib Quluzadə, Arif Kərimov, Novruz Məmmədov (Novruz kimi)
- Filmin direktoru : Pərviz Quliyev
- Redaktor : Əhməd Aşurbəyov, Əhmədağa Qurbanov
- Montaj edən : İlham Qaliboğlu
- Koordinator : İlqar Musaoğlu, Namiq Fərəc
- İşıqçı : Şəmsi Qədirov
- Repertuarından istifadə edilən müğənni: Co Dassin (titrlərdə yoxdur)
Rollarda
- Zərnigar Ağakişiyeva — Zərnigar
- Fərman Şəkili (Fərman Abdullayev kimi) — Əlibala
- Ucal Haqverdiyev — Tərcüməçi
- Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Atabala
- Səidə Quliyeva — Əlibalanın nişanlısı
- Nuriyyə Əhmədova — Atabalanın arvadı
- İlyas Tapdıq — Şair
- Ağasəlim Çıldağ — Meyxana ustası
- Muxtar Maniyev — Sünnətçi
- Hüseyn Muradov — Sünnətçinin köməkçisi
- Şamil Mahmudbəyov — Dayı
- Mənsur Məmmədov — Atabalanın atası
- Arif Qasımov — Dədə Qorqud
- Arif Kərimov — Psixiatr
- Novruz Məmmədov — Fransa səfirliyinin əməkdaşı
- Vaqif Mərdəkani — Klarnet çalan
- Mamuka Kikaleyşvili — Müğənni
- Firuz Xudaverdiyev — Millət vəkili (titrlərdə yoxdur)
- Vaqif Mustafayev — Rejissor (titrlərdə yoxdur)
- Xəyyam Mirzəzadə — Bəstəkar (titrlərdə yoxdur)
Sitatlar
- Atabala: Atova lənət bizi qınayan.
- Atabala: Tanıdım, bütün nəslimizi sən kişi eləmisən.
İstinadlar
- Programme du festival Arxivləşdirilib 2020-10-22 at the Wayback Machine (fr.)
- Mədəniyyət xəbərləri TTV 09.04.16 Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine (az.)
Mənbə
- Hüseynov, Ə. "Güldüm ki, ağlayım…" [Vaqif Mustafayevin "Fransız" filmi haqqında] //Azərbaycan.- 1996.- 15 fevral.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.