"Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı
"Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı (Almanca: Ritterkreuz des Eisernen Kreuzes) Cəngavər dəmir xaçı və ya daha çox tanınan adı ilə Cəngavər Xaçı (Almanca: Ritterkreuz), digər variantları ilə Nasist Almaniyasının İkinci Dünya Müharibəsi zamanı hərbçilərə və hərbiləşdirilmiş heyətə vermiş olduğu ən yüksək mükafat olmuşdur.
"Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı | |
---|---|
Ritterkreuz des Eisernen Kreuzes | |
|
|
|
|
Ölkə | |
Tip | mükafat dərəcəsi[d], xaç[d] |
Kimə verilir | hərbçilər və hərbiləşdirilmiş heyət |
Status | Artıq verilmir |
Statistika | |
Təsis tarixi | 1 sentyabr 1939 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 7365 (691 ədədi ölümdən sonra verilmişdir) |
Ardıcıllıq | |
Yüksək mükafat | Böyük Dəmir xaç ordeni |
Aşağı mükafat | I dərəcəli Dəmir xaç ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Cəngavər Xaçı — döyüşdə əsgərlərinə müvəffəqiyyətlə rəhbərlik edən yüksək rütbəli komandirdən tutmuş, hərbi sahədə göstərdiyi şücaətə görə aşağı rütbəli əsgərə qədər müxtəlif səbəblərə görə və bütün rütbələrə mənsub olan insanlara verilmişdir. Mükafat Waffen-SS, Reichsarbeitsdienst (RAD, Reyx İnsangücü Xidməti) və Volkssturm (Vətən Mühafizəçiləri) üzvlərinə, həmçinin də Wehrmacht komandanlığı altında olan üç böyük hərbi qüvvənin üzvlərinə (Quru qoşunları: Heer, Hərbi dəniz qüvvələri: Kriegsmarine və Hərbi hava qüvvələri: Luftwaffe), eləcə də digər Ox qüvvələri dövlətlərinin hərbçilərinə verilmişdir.
Mükafat ilk dəfə olaraq 1 sentyabr 1939-cu ildə Almaniyanın Polşa kampaniyasını başlaması ilə təsis edilmişdir. Mükafatın yaradılma səbəbi Almaniya İmperiyasında mövcud olmuş olan köhnə ləyaqət və cəsarət mükafatlarını yeniləri ilə əvəz etmək olmuşdur. 1940-cı ildə mükafatın daha yüksək səviyyəsi olan, palıd yarpağı əlavə edilmiş Cəngavər Xaçı yaradılmışdır. 1941-ci ildə mükafatın daha iki yüksək səviyyəsi yaradılmışdır: palıd yarpaqları və qılınclar əlavə edilmiş Cəngavər Xaçı və palıd yarpaqları, qılınclar və brilyantlar əlavə edilmiş Cəngavər Xaçı. 1944-cü ilin axırlarında isə Stuka komandiri olmuş olan Oberst Hans-Ulrix Rudelin böyük hərbi müvəffəqiyyətlərinə görə verilmiş mükafatın ən ali dərəcəsi olan Qızıl Palıd Yarpağı, Qılınc və Almaz əlavə edilmiş Cəngavər Xaçı yaradılmışdır.[1] Müharibə illəri ərzində təxminən 7000-dən çox insan Cəngavər Xaçı mükafatı ilə təltif edilmişdir.