"21 Azər" medalı

"21 Azər" medalı ― 1946-cı ildə təsis edilmiş və Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak edən 20 min nəfərin təltif edildiyi medal.[1] Milli Hökumətinin dağılmasından sonra medalın verilməsi də dayandırılıb.

"21 Azər" medalı

Ölkə Azərbaycan Milli Hökuməti
Tip Medal
Təltif edir
Status təqdim olunmur
Statistika
Təltif sayı 20.000 nəfər

Haqqında

Azərbaycan Demokrat Firqəsinin rəsmi orqanı olan Azərbaycan qəzetində bu medalın təsis edilməsi haqqında bunlar yazılıb:

" Milli Hökumətin 7 fevral 1946-cı il tarixli iclasında fədai hərəkatında müstəqim və qeyri-müstəqim surətdə iştirak edənlərin şərəfini təzmin etmək üçün onlara “21 Azər” adlı bir medal verilməsi qərara alınmışdır.[2] "

Həmçinin bax

İstinadlar

  1. Tərtib edən və məsul redaktor: Səməd Bayramzadə. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 108. ISBN 978-9952-8285-3-5. Archived from the original on 2022-03-09. İstifadə tarixi: 2022-03-09.
  2. "Azərbaycan qəzeti 121-ci say". Azərbaycan qəzeti. 121. Təbriz. 8.02.1946. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.