"Şücaətə görə" medalı

"Şücaətə görə" medalıAzərbaycan Respublikasının medalı.[1]

"Şücaətə görə" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 14 oktyabr 2016
Ardıcıllıq
Yüksək mükafat I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
Aşağı mükafat "Sərhəddə fərqlənməyə görə" medalı

Təltif edən orqan

Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir.

Taxılma qaydası

Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır.

Medalın ümumi təsviri

  • Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfi

  • Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır.
  • Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir.
  • Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir.
  • Bütün yazılar və elementlər relyeflidir.

Medalın arxa tərəfi

"Şücaətə görə" medalının arxa görüntüsü
  • Medalın arxa tərəfinin mərkəzində "AZƏRBAYCAN RESPUBLİKASININ "ŞÜCAƏTƏ GÖRƏ" MEDALI" sözləri yazılmışdır.
  • Medalın arxa tərəfinin aşağı hissəsində medalın nömrəsi həkk olunmuşdur.
  • Bütün yazılar relyeflidir.

Medalın elementləri

  • Medalın paltarın yaxasına bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə, halqa və ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi vardır.
  • Elementin üzərinə mərkəzində 15 mm enində boz, mərkəzdən kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində ağ və 10 mm enində göy üfüqi zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.
  • Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, üzərində ulduz, aypara və dəfnə yarpaqları təsvir edilmiş lövhə bərkidilmişdir. Ulduz, aypara və dəfnə yarpaqları relyeflidir.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.