"İstiqlal" ordeni

"İstiqlal" ordeniAzərbaycan Respublikasının dövlət təltifi. 1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur.

"İstiqlal" ordeni

Ölkə Azərbaycan Azərbaycan
Tip orden
Təltif edir
Status verilir
Statistika
Təsis tarixi 10 noyabr 1992
İlk təltif
  • 15 aprel 1995
Son təltif
Təltif sayı 70
Ardıcıllıq
Yüksək mükafat "Qarabağ" ordeni
Aşağı mükafat "Şah İsmayıl" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və statusu

"İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi.[1]

Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Qanuna əsasən orden aşağıdakılara görə verilir:[2]

  • Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə;
  • Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə;
  • Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə.

Təsviri

"İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır.

İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir:

"İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir. Ulduz gümüşdən olan ornamentli dairənin fonundadır. Ulduzun ortasındakı dairədə isə qanadları səkkizguşəli ulduza doğru uzanan aypara şəkilli göyərçin təsvir edilmişdir. Göyərçindən arxa tərəfdə mavi səma fonunda doğan günəş təsviri vardır. Göyərçinin təsvirinə ağ rəngli, səmanın təsvirinə mavi rəngli, günəş və ulduzun təsvirinə isə qızılı rəngli mina çəkilmişdir. Ulduzdan aşağıya doğru dairə boyunca sağanaq şəklində uzanan hörmə ornament "İstiqlal" sözü yazılmış lentlə birləşir. Ornamentə ağ mina çəkilmiş, lent gümüşdən düzəldilmişdir.
Bütün yazılar və təsvirlər qabarıqdır.
Ulduzun iki əks ucları arasında ordenin, ölçüsü 57 mm-dir.
Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib Azərbaycan Respublikasının dövlət bayrağı şəklində lentlə birləşən ornametli iki hissədən ibarətdir. Lentin eni 19 mm-dir.
Qəlibin ölçüsü 54 mm x 22 mm-dir.
ordenin ilk təsviri[2]

Ordenin ikinci təsviri Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin təsvirdə qeyd deyilir:

"İstiqlal" ordeni bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş və ikiüzlü hamar şüaları olan iki gümüş səkkizguşəli ulduzdan ibarətdir.
Üstdəki ulduzun ortasında mavi mina ilə örtülmüş girdə lövhə yerləşir. Bu lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında — yuxarıda səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca "İstiqlal" sözü yazılmışdır. Quşun, ulduzun təsviri və yazı qabarıqdır, qızıl suyuna çəkilmişdir.
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
boyundan asmaq üçün 27 mm enində, göy çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;
paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə göy çalarlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden;
paltara bərkidilmək üçün elementi olan, göy çalarlı, üzərində alov simvolu təsvir edilmiş, ölçüsü 27 mm x 9 mm olan qəlib".
ordenin ikinci təsviri[3]

Ordenin üçüncü və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 722-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur. Medalın təsviri aşağıdakı kimi verilmişdir:

"İstiqlal" ordeni bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş və ikiüzlü hamar şüaları olan iki gümüş səkkizguşəli ulduzdan ibarətdir.
Üstdəki ulduzun ortasında mavi mina ilə örtülmüş girdə lövhə yerləşir. Bu lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında — yuxarıda səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca "İstiqlal" sözü yazılmışdır. Quşun, ulduzun təsviri və yazı qabarıqdır, qızıl suyuna çəkilmişdir.
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
boyundan asmaq üçün 37 mm enində, 6 qızılı xətli, göy çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;
paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, 6 maili qızılı zolaqlı, göy çalarlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü təbəqə bərkidilir;
paltara bərkidilmək üçün elementi olan, göy çalarlı, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli tünd qırmızı rəngli dairəvi element mövcuddur.
ordenin üçüncü təsviri[4]
Paltara bərkitmək üçün Boyundan asmaq üçün
1993[lower-alpha 1] 1995–2008[lower-alpha 2] 2009-cu ildən[lower-alpha 3] 1995–2008[lower-alpha 2] 2009-cu ildən[lower-alpha 3]
Lent
Qeyd
  1. Eskizdəki orden təqdim olunmayıb
  2. Təsvir 1998-ci ildə təsdiq olunsa da, 1995–1998 illərdə təltif olunan şəxslərə də təqdim olunub
  3. Təsvir 2013-cü ildə təsdiq olunsa da, 2009-cu ildən təqdim olunur

Təltif edilənlər

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.